Vaksin olunmayan bu şəxslərə sertifikat veriləcək

“Koronavirus əleyhinə vaksinasiya ilə bağlı əks göstərişi olan üçün əks göstəriş sertifikatı nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiyalar olacaq, həmin şəxslərə komissiyalar baxacaq, doğrudan da həmin şəxsə vaksin olmazsa, ona əks göstəriş sertifikatı veriləcək: “Bu sertifikatın da CR kodu olacaq”.

Əvvəlki məqaləBu yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək
Növbəti məqaləBərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq