Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin yeni standartlarını hazırlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin təhlükəsizliyi sahəsində yeni standartların hazırlanması xidmətinin satınalınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 9-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə sentyabrın 17-si, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs qurumun böyük məsləhətçi Aydın Məmmədovdur. Telefon: (012) 596-09-44.

Nəticələr sentyabrın 20-si, saat 15:00-da Portalda açıqlanacaq.

Əvvəlki məqaləBu qanun ləğv edilir
Növbəti məqalə125 Dairə Seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb