Nazir: “Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik”

“Ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazir bildirib ki, bununla bağlı qaydalar hazırlanır: “Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq”.

Əvvəlki məqaləTəhsil naziri dərslərin hansı qaydada olacağını açıqladı
Növbəti məqaləTəhsil nazirindən özəl məktəblərlə bağlı açıqlama