Baş nazir tələbə qəbulu qaydaları ilə bağlı qərar imzaladı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

“Report”un məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, II ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” (regionlar üzrə) ixtisasları ləğv edilərək III ixtisas qrupuna keçirilib.

Əvvəlki məqaləTəhsil naziri tədris planı ilə bağlı əmr imzaladı
Növbəti məqaləƏks-göstəriş sertifikatının verilməsi qaydası açıqlandı