Qazilərlə bağlı yeni sistem istifadəyə veriləcək

“Qarşıdakı aylarda qazilərin reablitasiya xidmətlərindən istifadəsi üçün yeni rezervasiya sisteminin istifadəyə verilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

“Bununla qazi özü xidmət almaq istədiyi reablitasiya mərkəzini, tarixi və vaxtı müəyyən edə bilər”, – o bildirib.

Əvvəlki məqaləMilli Məclis bu qanun layihələrini müzakirəyə çıxarır
Növbəti məqaləPandemiyanın təhsilə mənfi təsirini azaltmaq üçün yeni layihə hazırlanıb