Xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq

“Payız sessiyasına “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsi hazırlayıb müzakirəyə çıxarmağı düşünürük”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin edilməsi vacibdir: “Bizim qanunvericilikdə dərman vasitələrinin proseduru mürəkkəbdir. Dərman vasitələrinin qeydiyyatında Türkiyə və digər ölkələrin təcrübəsindən istifadə edərək tanınma rejiminə keçməliyik. Bununla da yeni dərmanların ölkəyə gətirilməsi asan olar. Bu baxımdan “Dərman vasitələri haqqında” qanunun payız sessiyasında işlənməsinə böyük ehtiyac var”.

Əvvəlki məqaləSabahdan bu qadağalar ləğv olunur
Növbəti məqaləPrezident xaricdə təhsil almaqla bağlı sərəncam imzaladı