Bu şəxslər beş il vergi və gömrük rüsumu ödəməyəcək

Sənaye parklarının rezidentləri daha beş il vergi və gömrük rüsumu ödəməyəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Vergi Məsəlləsində və “Gömrük tarifi haqqında” qanunda etdiyi dəyişikliklərlə mümkün olub.

Sənədə əsasən, sözügedən şəxslər 2026-cı ilin mayın 1-dək vergi və gömrük rüsumu ödəməkdən azad olunublar.

Bundan əvvəl isə müvafiq sənəd 1 may 2016-cı il-1 may 2021-ci illəri ehtiva etmişdi.

Əvvəlki məqaləPeşə təhsili haqqında dövlət sənədi olanlar da ali məktəblərə daxil ola biləcək
Növbəti məqaləElektrik enerjisinin və qazın qiyməti bu qədər qalxdı