Yaşayış minimumunun məbləği artırılır

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi.

Əvvəlki məqaləYol polisindən xəbərdarlıq
Növbəti məqaləToxum və əkin materialları sahəsində yeni dövlət standartı təsdiq edildi