Ölmüş şəxsin vergi borcunu onun varisi ödəyəcək

Azərbaycanda mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyəcəklər.

“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.

Hazırda qüvvədə olan məcəlləyə görə, yalnız vəfat etmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.

Əvvəlki məqaləElektron siqaret və qəlyan aksiz vergisinə cəlb olunacaq
Növbəti məqaləHədiyyələr və miraslarla bağlı vergi güzəştləri tətbiq olunacaq