Siqaret və spirtli içkilər üçün rüsumlar artırıla bilər

“Azərbaycanda tütün məmulatları (siqaret) və spirtli içkilər üçün aksiz markalarının dövlət rüsumları digər ölkələrlə müqayisədə təxminən 2 dəfə azdır”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

“Onlar ərzaq məhsulları sayılmır və hesab edirəm ki, bu sahədə rüsumların artırılması üçün hələ ki, potensial var”, – deyə o qeyd edib.

Xatırladaq ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir. Tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur. Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi isə hər 1 000 ədədə görə 35 manatdan 38,5 manata qaldırılır.

Əvvəlki məqaləYaşa görə pensiya nə qədər artırılır?
Növbəti məqaləVergi ödəyicilərinə güzəştllər ediləcək