Hərbi qulluqçuların bu xərcləri ödəniləcək

Xidməti yerdəyişmə zamanı hərbi qulluqçulara və onların ailə üzvlərinə birdəfəlik kompensasiya, nəqliyyat xərci, ev əşyalarının daşınması ilə bağlı xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş norma və qaydada ödəniləcək.

APA-nın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanunda bu xərclər nəzərdə tutulmayıb.

Əvvəlki məqaləHərbçilərin təminat xərcliyinin gəlir vergisindən azad edilməsi təklif olunur
Növbəti məqaləHəlak olan hərbçilərin ailə üzvləri mənzillə təmin olunacaqlar