Regionlarda təcili yardım maşınlarına kameralar quraşdırılacaq

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına kameralar quraşdırılacaq.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov bildirib.

Onun sözlərinə görə, kütləvi hadisələrin idarə olunmasına operativ kömək göstərmək məqsədilə təcili yardım maşınlarına kameraların quraşdırılması planlaşdırılır.