Maliyyə naziri qazın qiymətinin artmasının səbəbini açıqladı

“Bir çox deputatlar öz çıxışlarında təmsil etdikləri rayonlarda seçicilərin maraqlarını müdafiə etmək məqsədilə bir çox məsələlər qaldırıblar”.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, deputatların qaldırdığı problemlər qeydə alınır və təhlil edilir: “Hansı məsələlər daha prioritet olursa, onların həlli təmin edilir. Qaz təchizatı ilə bağlı məsələlərə aidiyyəti dövlət qurumları münasibət bildirəcəklər. Dünya bazarlarında hazırda təbii qazın qiyməti çox yüksəkdir. Bu proseslər ölkə daxilində də öz təsirini göstərir”.

Əvvəlki məqaləAzərbaycanda ehtiyac meyarı ləğv oluna bilər
Növbəti məqaləBaş nazir ezamiyyə xərcləri ilə bağlı qərar imzaladı