“Qadın Gücü” təşəbbüs qrupu təsis olunub

“Qadın Gücü” təşəbbüs qrupu bir qrup gənc hüquqşünas və vəkil tərəfindən təsis edilib. Məqsədi gənc qızların və qadınların maarifləndirilməsi, qadınların hüquqi problemlərinin yardım etmək, gender əsaslı zorakılığın aradan qaldırılması və qadınların müdafiəsinin təmin edilməsidir. Təşəbbüs qrupu öz hədəflərinə çatmaq üçün aşağıdakı fəaliyyət palanını həyata keçirməyi düşünür;

-Gənc qızların maarifləndirilməsi;
-Erkən nikahların aradan qaldırılması üçün bölgələrdə seminarların keçirilməsi;
-Qadınlara hüquqi yardımın təmini;
-Gender əsaslı zorakılığın aradam qaldırılması üçün maarifləndirimə kampaniyaların təşkili;
-Qadınların ictimai həyatda rolunun artırılması üçün online platformaların yaradılması;
-Seçkili orqanlarda qadınların təmsilçiliyi üçün təşəbbüslərin artırılması;
-Qərarqəbulu prosesində qadınların rolunun artırılması;
-Qadınlarla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi üçün ictimai kampaniyaların təşkili;
-Qadınlar arasında sorğuların keçirilməsi və s.

“Qadın Gücü” təşəbbüs qrupunun təsisçiləri vəkil Rövşanə Rəhimli və hüquqşünas Ülkər Həmidlidir.

Əvvəlki məqaləPiyada və sürücülərin diqqətinə!
Növbəti məqaləTələbə krediti ilə bağlı bu şərtlər açıqlanıb