Bu halda vaksin sertifikatı müddətsiz olacaq

“Buseter dozadan sonra vaksin sertifikatı müddətsiz olur”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bu, əldə olan son epidemioloji məlumatlara əsaslanır: “Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da hansısa müddət məhdudiyyəti tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir”.

Əvvəlki məqaləCOVID-19 pasportunun müddəti bitən şəxslər qapalı məkanlara buraxılacaq?
Növbəti məqaləPrezidentin köməkçisindən toylarla bağlı açıqlama