Tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qaydalar dəyişdirilir

“Hazırda Səhiyyə Nazirliyində yaradılan İşçi Qrup tibb müəssisələrinin akkreditasiyası ilə bağlı normativ-hüquqi bazanı yenidən işləyir”.

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, effektiv səhiyyə idarəetməsinin formalaşdırılmasının digər istiqaməti tibb müəssisələrinin qiymətləndirilməsi üzərində qurulacaq: “Bilirsiniz ki, dünya ölkələrində tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin yüksək keyfiyyətli olmasını təmin edən ən effektiv metod kimi akkreditasiya qəbul olunur. Müasir səhiyyə sistemlərində akkreditasiyanın rolu pasiyentlərin təhlükəsizliyinə və göstərilən xidmətlərin səviyyəsinə təsir edən məsələləri nəzarətdə saxlamaqdır. Tibb müəssisələrinin qiymətləndirilməsi üçün akkreditasiya standartları adlanan ölçüləbilən meyarlar hazırlanır. Standartlar dinamikdir və periodik dəyişikliklər oluna bilir. Akkreditasiya sisteminin ən əhəmiyyətli elementi odur ki, istənilən tibb müəssisəsi yaxşı nümunələr kimi qəbul olunmuş akkreditasiya standartlarına əsasən öz fəaliyyətini qiymətləndirə bilir. Çatışmazlıqların aşkar olunması müəssisə daxilində proseslərin təkmilləşdirmə yollarının araşdırılmasına şərait yaradır”.

Əvvəlki məqaləSərt karantin rejimi tətbiq oluna bilər? – NAZİRDƏN AÇIQLAMA
Növbəti məqaləVətəndaşların sağlamlıq məlumatlarının yer aldığı elektron profillər yaradılacaq