Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir.

“Report”un xəbərinə görə, bu, “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Belə ki, qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və “Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.

Bundan əlavə, qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.

Əvvəlki məqaləBu müəssisələrdə çalışanların pensiyaya çıxma qaydası dəyişir
Növbəti məqaləBu şəxslərə təqaüd verilməsi təklif olundu