Hərbi çağırışçıların möhlət hüququ ilə bağlı qanuna dəyişiklik edildi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, doktorantura ilə yanaşı, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə təhsili davam etdirmək üçün möhlət veriləcək.