Əmək kitabçaları ləğv olunacaq

“Azərbaycanda əmək kitabçaları ləğv olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, yeni “Əmək və Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə kadr inzibatçılığı insan resursları ilə əvəz olunacaq.

Əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək.

Əvvəlki məqaləDaşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-i geri qaytarılacaq
Növbəti məqaləNazir və komitə sədrlərinin qəbul günləri açıqlandı – SİYAHI