Bu xəstəliklər üzrə əlillik dərəcəsi yeni qaydada təyin olunacaq

“İstənilən halda bütün amputasiya halları müddətsiz əlillik təyinatı üçün səbəbdir”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

O qeyd edib ki, yeni meyarlarda olan yeniliklərdən biri də fərqli kombinə olunan xəstəliklər üzrə əlillik dərəcəsinin ayrı aparılmasıdır: “Misal olaraq, danışıb-eşidə bilməyən şəxslərin müddətsiz olaraq əlillik təyinatı üçün dəyərləndirmə olacaq”.