Bu işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşdi

Azərbaycan Prezidenti İlham Əliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

“Report”un xəbərinə görə, dəyişikliklə xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşib.

Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək.