Qanunvericiliyə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə edilir

Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə olunur.

“Report”un xəbərinə görə, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir.

Belə ki, qanunun Əsas anlayışlar maddəsinə yeni əhalinin ərzaq təhlükəsizliyi bəndi əlavə olunur.

Əhalinin ərzaq təhlükəsizliyi – ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan qida məhsullarına tələbatının təmin edilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemidir.