Uşaqlarla bağlı bu sosial müavinət artırıldı

Azərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən edilib.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Qeyd edək ki, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 300 manat idi.

Əvvəlki məqaləYaşa görə sosial müavinətin məbləği müəyyən edildi
Növbəti məqaləŞəhid ailəsi ilə bağlı təqaüd artırıldı