Bəzi yardımçı obyektlərin tikintisinə icazə tələb olunacaq

Azərbaycanda hündürlüyü 5 metrdən, sahəsi isə 100 kvadratmetrdən çox olmayan yardımçı obyektlərin tikintisinə icazə tələb olunacaq.

“Report” xəbər verir ki, bu, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, eyni ölçüdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektərin tikintisi isə icazəsiz həyata keçiriləcək.