Bu şəxslərə məktəb seçimində tətbiq edilən güzəşt məlum oldu

“Əkiz övladı olan ailələrə məktəb seçimində müəyyən güzəştlər mövcuddur”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, valideynlərin bəzən ikinci övladının məktəb seçimində yer dolmuş olsa da, güzəşt tətbiq edilir. O.Abbasov bildirib ki, qeydiyyat prosesi eyni olsa da, bu kimi hallar istisnadır.