İcra qurumları ilə bağlı bu məsələ təklif olunur

“İcra qurumlarının ictimai iştirakçılığı ilə bağlı monitorinq mexanizmi yaradılmalıdır”.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Nigar Arpadarai parlamentin mayın 12-də keçirilən plenar iclasında “İctimai iştirakçılıq haqqında” qanuna təklif edilən dəyişiklik barədə danışarkən çıxış edib.

Onun sözlərinə görə, Milli Məclisdə mütəmadi şəkildə müxtəlif mövzularda ictimai dinləmələr keçirilir: “Lakin icra qurumlarında bunun kifayət qədər çox olduğunu görmürük. Hazırkı qanunda ictimai iştirakçılığın formaları ətraflı təsvir olunsa da, struktur və məntiqinə görə dəyişiklikdə icra orqanlarına bu məsələlərlə bağlı birbaşa öhdəliklər nəzərdə tutulmayıb. Bu da anlaşılandır, çünki balans qorunmalı, yəni icra qurumları öz əsas funksiyalarını həyata keçirməlidirlər. Bunun üçün mexanizmlər düşünə bilərik. Məsələn, monitorinq mexanizmi yaradıla bilər və icra qurumlarının bunu necə icra etdiyini müşahidə edə bilərik. Çünki bəzən icra qurumlarında ictimai şura yaradılır, ancaq effektiv fəaliyyət göstərmir”.