Əmanətlərlə bağlı qanun dəyişir

Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilir.

“Report” xəbər verir ki, müvafiq qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov təqdim edib.

Xatırladaq ki, sözügedən qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər 3 il müddətinə tam sığortalanır. Həmin müddət martın 4-də bitəcəyinə görə, onun daha 1 il uzadılması təklif olunur. Bu düzəliş bank sektorunun dəstəklənməsinə, əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.