Mediasiya Şurasının maliyyələşməsinə dəstək veriləcək

Dövlət Mediasiya Şurasının maliyyələşməsinə dəstək verəcək.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabinetinə mediasiya Şurasının yaradılmasına dövlət dəstəyinin göstərilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Eyni zamanda Nazirlər Nazirlər mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlamalıdır. Nazirlər Kabineti ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləğini də müəyyənləşdirməlidir.