Deputat lombardları tənqid etdi

Vahid Əhmədov: “Vətəndaş lombarda 10 min manat dəyərində əşya qoyur. Lombardlar həmin əşyaya 2 min manat qiymət qoyur. Əgər bir əşyanın qiyməti 10 min manatdırsa, elə 10 min manata da rəsmiləşdirilməlidir”

Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ciddi tənqidə məruz qalıb.

Komitənin üzvü, deputat Vahid Əhmədov bildirib ri, məhz lombardların fəaliyyətində olan çatışmazlıqlar qanun layihəsinin mükəmməl olması zərurətini ortaya qoyub.

“Vətəndaşların lombardlara qoyduqları əşyalara qiymət qoymada, verilən əşyanın verildiyi səviyyədə saxlanımasında problemlər var. Məsələ belədir ki, vətəndaş lombarda 10 min manat dəyərində əşya qoyur. Lombardlar həmin əşyaya 2 min manat qiymət qoyur. Əgər bir əşyanın qiyməti 10 min manatdırsa, elə 10 min manata da rəsmiləşdirilməlidir. Deməli, burada hansısa maraqlar var ki, verilən əşyanı öz qiymətinə qiymətləndirmək istəmirlər. Odur ki, belə halların aradan qaldıırlması lazımdır”,V.Əhmədov bunu bildirir.

Qoyulan əşyanın rəsmiləşdirilməsində lisenziya, qəbz, müavilə kimi bir neçə sənəddən istifadə olunduğuna görə, deputat hesab edir ki, hər iki tərəfin marağını ifadə edən vahid müqavilə formatından istifadə olunması yetərlidir: “Amma həmin müqavilə hər iki tərəfin marağını yetərli şəkildə nəzərə almalıdır ki, belə məsələlər məhkəmə müstəvisinə çıxmasın”.

V.Əhmədov hesab edir ki, tərəflərin maraqlarını nəzərə alan müqavilə həm də vətəndaşların məhkəmələrdə vaxt itirmələri kimi halların qarşısını ala bilər.

Millət vəkili hesab edir ki, “Lombardlar haqqında” qanun qəbul olunması bu sahədə özbaşınalıqların qarşını almaq üçün vacibdir, ona görə də mükəmməl qanun əldə olunması üçün komitəyə təqdim olunan layihəyə yenidən baxılmalı və təkmilləşdirilməlidir.

O vurğulayıb ki, layihə ilk oxunuda qəbul edilir, hələ qarşıda ikinci və üçüncü oxunuş var, həmin proseslərdə layihənin nəzərdə tutduqları formaya salınması mümkün olacaq.

V.Əhmədovun deməsinə görə, layihədə lombard verilən əşyanı qəbul etmədikdə, ya müqaviləni izmalamaq istəmədikdə vətəndaşın məhkəməyə müraciət etməsini nəzərdə tutur: “Komitə isə bu maddənin birmənalı olaraq lombardın verilən əşyanı qəbul etməli olması halına salınmasını bildirib”, deputat belə deyib