“Ordu qəbiristanlığı”nın yaradılması təklif olunur

Azərbaycanda orduda dünyasını dəyişənlərin qəbirlərinin ayrıca və standart qaydada hazırlanması təklif olunur.

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Regional siyasət məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə çıxış edib.

O qeyd edib ki, dünyada bu praktika var və orduda həlak olanların ayrıca, standart qəbirlərdən ibarət qəbiristanlığının olması mümkündür.

Komitə sədri bunun “Ordu qəbiristanlığı” adlandırıla biləcəyini də deyib.