Məhkəmə ekspertləri attestasiyadan keçiriləcək

Azərbaycanda məhkəmə ekspertlərinin attestasiyası keçiriləcək.

APA-nın məlumatına görə, bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Belə ki, qanuna yeni 11-2-ci maddə ( Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir.

Yeni maddəyə görə, məhkəmə ekspertləri 5 ildə bir dəfədən az olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddır.

Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.