Psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil nazirliyindən APA-ya verilən xəbərə görə, diaqnostik qiymətləndirilmənin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Əvvəlki məqaləXaricdə təhsilin maliyyələşdirilməsinin şərtləri açıqlanıb
Növbəti məqaləƏmək münasibətləri necə rəsmiləşdirilməlidir?