Ölkədə nikah və boşanmaların sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46898 nikah və 12713 boşanma halları qeydə alınıb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Əvvəlki məqaləGələn il pensiya məbləği neçə manat olacaq?
Növbəti məqaləBu icra başçılarının yeri dəyişdirildi