Yeni seçki məntəqələri yaradılır

Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılır.

“Report” xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılmasına dair məsələyə baxılaraq 13 yeni seçki məntəqəsinin yaradılması ilə bağlı qərar qəbul edilib.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, növbədənkənar parlament seçkilərində yeni yaradılacaq seçki məntəqələri də daxil olmaqla 5575 məntəqə olacaq:

“Seçki məntəqələrinin hamısında bütün lazımi şərait yaradılacaq ki, Azərbaycan vətəndaşları öz hüquqlarını reallaşdıra bilsinlər. Eyni zamanda müşahidəçilər üçün də lazımi şərait yaradılacaq ki, onlar öz missiyalarını layiqincə yerinə yetirə bilsinlər”.

Əvvəlki məqaləUşaq Məcəlləsi hazırlanır
Növbəti məqaləİşsiz kimi qeydiyyata necə düşmək olar?