MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib

“Əgər deputatlığa namizədliyi irəli sürülmüş şəxs üçün imza toplanmasının təşkilində bələdiyyə üzvü iştirak edibsə, bu, qanun pozuntusudur”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, həmin şəxslərin namizədliyi qeydə alına bilməz. O, namizdəliyi irəli sürülmüş şəxsləri bu məsələdə diqqətli olmağa çağırıb.

Qeydək ki, Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən namizədliyini irəli sürüb, ancaq onun üçün imza toplanmasında bələdiyyə sədrinin müavini iştirak edib. Bu səbəbdən də müvafiq dairə seçki komissiyası onun namizədliyini qeydə almayıb. MSK da qərarı qüvvədə saxlayıb.

Əvvəlki məqaləSeçki ilə bağlı ödənişli təşviqata yer verən KİV-lərin siyahısı açıqlandı
Növbəti məqaləSosial şəbəkələrdə seçki təşviqatı aparmaq olar?