Haqqımızda

“Benefisiar” Hüquqi Yardım Mərkəzi 2014-cü ildə təsis edilib. Məqsədi vətəndaşlara ödənişsiz hüquqi yardım göstərmək, hüquqları və vəzifələri barədə onları maarifləndirməkdən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, habelə, qanun çərçivəsində vətəndaşın hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması üçün çalışan mərkəzimiz insan hüquqları, demokratiya, şəffaf və ədalətli idarəetmə, qanunun aliliyi kimi təməl prinsipləri rəhbər tutaraq fəaliyyət göstərməkdədir. Mərkəzimizdə peşəkar hüquqşünaslar, vəkillər və ictimai xadimlər çalışırlar. Həmin şəxslər tərəfindən vətəndaşlara hüququn istənilən sahəsi üzrə keyfiyyətli və peşəkar ödənişsiz hüquqi məsləhətlər verilir.

Respublikanın demək olar ki, bütün bölgələrindən olan vətəndaşlara həm onlayn, həm də fərdi qaydada ödənişsiz hüquqi yardım göstərilir. Belə ki, mərkəzimizin  Bakı, Ağdam, Gəncə şəhərlərində ofisi və Bərdə rayonunda nümayəndəliyi fəaliyyət göstərir, eyni zamanda mərkəzimiz facebook, instagram, telegram, twitter səhifələri və votsap sosial şəbəkə hesablarına sahibdir.

Bütün müraciətlər üçün hüquqi məsləhətlərin verilməsi ödənişsizdir. Lakin məhkəmə prosesinin davam etdirilməsi üçün mərkəzin müəyyən etdiyi miqdarda xidmət haqqı tələb edilir. Mərkəz vətəndaşların istəklərinə uyğun olaraq mövcud problemi yerli instansiyalarda (rayon, Apellyasiya məhkəmələri və Ali Məhkəmə) mübahisələndirdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə aparmağa qadirdir.

Biz sizin hüquqlarınızı qorumaq üçün çalışırıq!