“Benefisiar” MMC bu hüquq xidmətlərini təklif edir

“Benefisiar” MMC olaraq sizə aşağıdakı hüquq xidmətlərini təklif edirik. Hər bir xidmətlə bağlı suallarınızı saytımızın “Sual ver” bölməsində, o cümlədən Facebookdakı səhifəmizdən ünvanlaya bilərsiniz. istifadə edərək bizə ünvanlaya bilərsiniz.

 

Korporativ hüquq

 

• Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi.

• Daxili korporativ və təsis sənədlərinin hazırlanması;

• Sahibkar və menecer arasında mübahisələrin nizamlanması;

• Cəmiyyətin idarə olunmasında səhmdarlara öz hüquqlarının izah olunması;

 

Vergi hüququ

 

• Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərin hüquqi ekspertizası.

• Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama

aktlarına etirazların hazırlanması və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi.

• Vergi mübahisələrinin məhkəmə məhkəmədən xaric həll edilməsi

• Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanlarının aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaların qaytarılması.

 

Müqavilə hüququ

 

• Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi;

• Sxemlərin, əməliyyatların, əqdlərin, onların sonrakı təkmilləşdirilməsi məqsədi ilə hüquqi təhlili, müqavilənin ayrı-ayrı şərtlərinin dəyişdirilməsi, əqdlərin vergi aqibətinin qeyri-müəyyənliyi baxımından arzuolunmazlığı ilə bağlı məsləhətlərin verilməsi.

 

İqtisadi mübahisələr, məhkəmələrdə nümayəndəlik

 

• Təşkilatların məhkəmədə, apellyasiya və kassasiya məhkəmələrində maraqların təmsil edilməsi.

• Müştərinin iqtisadi fəaliyyət sahəsində cinayət və inzibati işlər üzrə hüquq və mənafelərinin qorunması.

• Cinayət işlərində müştərilərin hüquq və maraqlarının qorunması.

• Müştərilərin nəzarət orqanları ( prokurorluq və vergi orqanları) ilə münasibətdə hüquq və maraqların qorunması.

 

Ailə hüququ

 

• Ailə hüququ üzrə məsləhətlərin verilməsi.

• Daşınar və daşınmaz əmlakın idarə olunması barədə məsləhətlərin verilməsi.

• Notarial xidmətlər.

• İnzibati hüquqla (avtomobil müfəttişliyi ilə, icra hakimiyyəti ilə, yerli idarəetmə orqanları ilə və s. qarşılıqlı münasibətlər) bağlı münasibətlərin həlli.

 

Mülki, inzibati, cinayətişlərinin aparılması konsultasiyası

 

1. Əmək (qeyri-qanuni işdən çıxarılma, həm işə götürənin, həmçinində işçinin hüquqların məhdudlaşdırılması ilə əlaqədar mübahisələr və s.), ailə hüququ (boşanma, nigahın pozulması ilə əlaqədar mübahisələr, əmlakın bölünməsi, aliment, nigah müqaviləsinin tərtib olunması və s.) ilə əlaqədar məsələlərin konsultasiyası.

2. Daşınmaz əmlak, torpaq vədigər əmlakla, həmçinin xaricdə yerləşən əmlakla bağlı sazişlərin müşayiət edilməsi, konsultasiyası.

3. Vətəndaşlara və hüquqi şəxslərə hüquqi xidmətin göstərilməsi, əmlakla əlaqəli sazişlərin müşayiət edilməsi.

4. Arbitraj, Mülki, Cinayət və İnzibati işlərin aparılması və konsultasiyası. Pozulmuş qanunların qorunmasının formalaşdırılması məsələləri ilə əlaqədar konsultasiya, yaxud qanunu tədbiqetmə praktikasının müxtəlif aspektlərindən dəqiq və düzgün məsləhətlər.

5. Müqavilələrin hüquqi ekspertizası, danışıqlarda iştirak.

6. Məhkəmə icraçısının qaldırdığı icra etmə işlərinin (məhkəmə qərarının yerinə yetirilməsi, öhdəliklərin məcburiyerinə yetirilməsi, icra vərəqinə uyğun cərimələr, əmlaka həbsin qoyulması və götürülməsi, həbs qoyulmuş əmlakın qaytarılması, əmlakın alınmasına müraciət) aparılması.

 

Konsaltinq xidmətləri:

 

• Biznesin hüquqi müşaiyəti;

• Biznes, iqtisadi siyasət, hüquqi vəziyyət sahəsində məsləhətlərin verilməsi, investisiya layihələrinin müşaiyət olunması;

• Daxili sənədlərin (vəzifə təlimatlarının, struktur bölmələrin əsasnamələrin və s.) hazırlanması və / vəya təhlili.;

• İnsan resurslarının idarə etmə sistemlərinin işlənməsi – imkanların mobilizasiyası və insan resursları xidməti əməkdaşların fərdi konsultasiyası; insan resurslarının idarəedilməsi – cəlb etmə və seçim üzrə rəhbərliyin siyasət və prosedurların işlənməsi;

• Funksiyalaşdırma və monitorinq, treninq və inkişaf etmə;

• İşin qiymətləndirilməsi;

• Bütün kommersiya sənədlərinin düzgün tərtib olunmasına nəzarət və onların yoxlanılması;

• Müqavilə üzrə ziddiyyətlərin aradan qaldırılması üçün köməklikgöstərilməsi.

Əvvəlki məqaləİpoteka kreditləri üzrə zəmanət mexanizmi tətbiq olunacaq
Növbəti məqaləXəstəliyə görə hərbi xidmətdən buraxılanlara əlillik verilməsinin proseduru müəyyənləşib