Əlavə dəyər vergisi nədir və onu kimlər ödəməlidir?

Əlavə Dəyər Vergisi (ƏDV) dolayı vergilərdən biri olub, istehlakçılar, yəni müştərilər tərəfindən ödənilən bir vergi növüdür. ƏDV-nin dolayı vergi olması bu vergi növünün birbaşa olaraq istehsalçılardan deyil, istehlakçılardan alınması mənasını verir. Bir sıra dövlətlər də, bu vergi növünə xidmət vergisi də deyilir, məna olaraq isə hər edilən xidmət zamanı tutulan vergi demək olduğu anlaşılır.

Əlavə dəyər vergisinin bir sıra ölkələrdə fərqli-fərqli növləri vardır ki, bunlara sabit ƏDV, dəyişkən ƏDV daxildir. İlk dəfə 1964-cü ildə Fransada tətbiq edilən bu vergi Azərbaycan Respublikasında 1992-ci ilin 31 dekabr tarixindən tətbiq edilmişdir. İlk olaraq bizdə bu vergi 28 faiz olaraq nəzərdə tutulmuş sonradan isə 18 faiz olaraq tutulmağa başlanmışdır.

Qeyd edək ki, hal-hazırda da ƏDV üzrə vergilər 18 faiz tutulmaqla sabit olaraq qalır.

ƏDV vergilərini geri qaytarılması halı isə aşağıdakı qayda üzrə həyata keçirilir;

1) İlk olaraq edvgerial.az saytından qeydiyyatdan keçmək lazımdır;

2) Qeydiyyatdan keçdiyiniz zaman şəxsiyyət vəsiqəsinin fin kodunu, mobil nömrənizi və doğum tarixinizi qeyd edin;

Nağd ödənişlər zamanı ƏDV-nin 10 faizi, nağdsız yəni kartla edilən ödənişlər zamanı isə ƏDV-nin 15 faizi həcmində ödəniş geri qaytarılır.

Benefisiar.org

Oxunub: 1895

Əvvəlki məqaləSərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Növbəti məqaləDTX ilə bağlı fərman imzalandı