Bu yerlərdə maskadan istifadə məcburi oldu

Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir.

Qərar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) də keçərlidir.

Əvvəlki məqaləAzərbaycanda koronavirusla bağlı yeni sistem yaradıldı
Növbəti məqaləKoronavirusa görə sərhədlərin bağlanması müddəti uzadıldı