İyun və iyul aylarında 190 manatın verilməsi məsələsi qaldırıldı

“Aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi:

“Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik. Buna görə də, pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.

Əvvəlki məqaləBu rayonlara prokurorlar təyin olundu
Növbəti məqaləBaş Nazir karantinlə bağlı qərar imzalayıb