Nazirliyin şöbə müdiri 190 manatla bağlı məsələyə aydınlıq gətirdi

“190 manatlıq ödənişlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda ödənişlərin həyata keçirilməsi ilə bağlı açıqlama veriləcək.

“Bəzi sosial şəbəkə səhifələrində faktiki Bakıda yaşayıb rayon qeydiyyatında olanların əksəriyyətinə birdəfəlik ödəmə (190 manat) verilmədiyi barədə qeyd edilənlər əsassızdır”.

Benefisiar.org-un məlumatına görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov öz facebook səhifəsində yazdığı statusda bildirib

O, qeyd edib ki, aprel-may ayları üzrə ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı hazırda xüsusi karantin rejiminin mövcud olduğu 16 şəhər və rayona aid olan bütün şəxslər növbəti dəfə birdəfəlik ödəmə ilə təmin olunublar.
“Yəni hansısa şəxs qeydiyyatda olduğu rayondan asılı olmayaraq, faktiki yaşayış yeri kimi həmin 16 şəhər və rayondan birini qeyd edibsə, ona bu ödəmə verilib.

Onu da qeyd edim ki, birdəfəlik ödəmə Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, vətəndaşlara dair məlumatların aidiyyəti informasiya sistemləri üzərindən Qərarla təsdiq edilmiş meyarlara uyğunluğunun təkrar yoxlanılması əsasında verilib.

Aprel-may aylarında ödəmə ilə təmin olunmuş şəxslərdən hansılar ki, adlarında əmək müqaviləsi, VÖİN, torpaq payı və s. aşkar edilib, onlar növbəti dəfə bu ödəməni almayıblar”.

Əvvəlki məqaləİyulun 20-dən sonra karantin rejimi uzadılacaq? – RƏSMİ
Növbəti məqaləİcra başçısı vəzifəsindən azad edildi