Yanvar ayında da 190 manat veriləcək? – RƏSMİ AÇIQLAMA

Yanvarın 18-nə kimi ölkədə tətbiq edilən sərt karantin rejiminin bitməsinə bir neçə gün qalıb. Lakin sərt karantin rejiminin yanvarın 31-nə kimi uzadılacağı ilə bağlı da fikirlər səsləndirilir. Bu gün hər kəsi maraqlandıran sual sərt karantin rejimi uzadılarsa, yanvar ayında da 190 manat birdəfəlik müavinət verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bununla bağlı hələlik heç bir rəsmi qərar yoxdur:

“Karantin rejimi və 190 manat birdəfəlik müavinət verilməsi ilə bağlı qərarlar Operativ Qərargah tərəfindən qəbul edilir. Hələlik yanvarın 18-dən sonra hansı qərarın qəbul ediləcəyi ilə bağlı heç bir rəsmi məlumat yoxdur”.

Əvvəlki məqaləİşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaq
Növbəti məqaləHərbi geyim geyinən bu şəxslərə qarşı tədbirlər görülür – VİDEO