Vəkilliyə qəbulla bağlı növbəti imtahanın vaxtı məlum oldu

Vəkillər Kollegiyasına qəbul olmaqla bağlı növbəti imtahan mərhələsinin vaxtı məlum olub. Bu barədə Vəkillər Kollegiyasının facebook səhifəsində yaydığı məlumatda deyilir.

“Hazırda ölkəmizdə vəkillərin sayının artırılması istiqamətində Vəkillər Kollegiyası tərəfindən işlər davam etdirilməkdədir.

Məlum olduğu kimi, 28.01.2018-ci il tarixdə keçirilmiş yazılı test mərhələsini 607 vəkilliyə namizəd uğurla keçmiş və Vəkillərin İxitsas Komissiyasının qərarına əsasən, imtahanın növbəti – şifahi müsahibə mərhələsinin başlanması 01.03.2018-ci il tarixə təyin olunmuşdur”, deyə Vəkillər Kollegiyasının məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, şifahi müsahibə mərhələsinin keçirilməsi ilə əlaqədar “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarına əsasən, namizədlərə şifahi mühasibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırki və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər.

“Namizədlər şifahi müsahibələrə İmtahan Qəbul Komissiyasına namizədliklərinin qeydə alınması barədə verdikləri ərizələrinin ardıcıllığı əsasında dəvət olunacaqlar. Şifahi müsahibənin tarixi və vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcəkdir”.

Benefisiar.org