Bu hallarda əlillik müddətsiz təyin olunacaq

Gözün və gözün əlavə aparatının, qulağın və məməyəbənzər çıxıntının, görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələ gəlməsinin pozuntuları zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

Gözün və gözün əlavə aparatının, qulağın və məməyəbənzər çıxıntının, görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də, artikulyasiyanın (nitqin) və səs əmələ gəlməsinin aşağıdakı pozuntuları zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

Gözün və gözün əlavə aparatının xəstəlikləri:

– Görmə itiliyi (daha yaxşı görən gözlə korreksiya ilə) 0-0,04 – 90%

– Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05-ə qədər, digər gözdə korreksiya ilə 0,3-dən yuxarı olduğu halda – 50%

– Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05-ə qədər digər gözdə korreksiya ilə 0,2-0,3 olduğu halda – 60%

– Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05-ə qədər digər gözdə korreksiya ilə 0,1-0,2 olduğu halda – 70%

– Konsentrik daralma, binokulyar 10 – 0: 90%

– Konsentrik daralma, bir göz olmadan norma və ya 40-adək daralma: 50%

– Konsentrik daralma, bir göz olmadan <40, lakin 20-dən geniş: 60%

– Konsentrik daralma, bir göz olmadan <20, lakin 10-dan geniş: 80%

– Konsentrik daralma, bir göz olmadan 10 – 0: 90%

– Mərkəzi mütləq skatomalar, 10 dərəcə və daha çox: 90%

– Paramərkəzi mütləq qovuşan skatomalar: 90%

Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri:

– 7 yaşa qədər anadangəlmə və ya qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) : 60%

– Daha sonra qazanılmış (8-18 yaşlarında) eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu): 60%

– Eşitmənin ikitərəfli tam itirilməsi: 60%

– Psixi pozulmalarla müşayiət olunan eşitmənin tam itirilməsi və nitqin tam olmaması: 70%

– Eşitmə zəifliyi IV dərəcə, ikitərəfli: 50%

– Eşitmənin ikitərəfli tam itirilməsi: 60%

Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları və eləcə də artikulyasiyanın (nitqin) və səs əmələ gəlməsinin pozuntuları:

– Eşitmənin və görmənin tam itirilməsi – tam (total) və ya praktiki, nitqin əhəmiyyətli pozuntusu ilə: 100%

– Eşitmənin və görmənin tam itirilməsi – tam (total) və ya praktiki, nitqin əhəmiyyətli pozuntusu olmadan: 100%

– III-IV eşitmə zəifliyi ilə birgə tam (total) və ya praktiki görmənin tam itirilməsi: 100%

– Yüksək dərəcəli zəifgörmə (görmə itiliyi (yaxşı görən gözlə korreksiya ilə) 0,1-0,05) tam və ya praktiki eşitmənin tam itirilməsi ilə birgə: 80-90%

– Səsin tam olmaması ilə səsin əmələgəlmə funksiyasının pozulması: 50%

– Artikulyasiya qabiliyyətinin olmaması: 50%.

– Eşitmənin ikitərəfli tam itirlməsi: 60 %

Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları və eləcə də, artikulyasiyanın (nitqin) və səs əmələ gəlməsinin pozuntuları

– Eşitmənin və görmənin tam itirilməsi – tam (total) və ya praktiki, nitqin əhəmiyyətli pozuntusu ilə: 100 %

– Eşitmənin və görmənin tam itirilməsi – tam (total) və ya praktiki, nitqin əhəmiyyətli pozuntusu olmadan: 100 %

– III-IV eşitmə zəifliyi ilə birgə tam (total) və ya praktiki görmənin tam itirilməsi: 100 %

– Yüksək dərəcəli zəifgörmə (görmə itiliyi (yaxşı görən gözlə korreksiya ilə) 0,1-0,05) tam və ya praktiki eşitmənin tam itirilməsi ilə birgə: 80-90 %

– Səsin tam olmaması ilə səsin əmələgəlmə funksiyasının pozulması: 50 %

– Artikulyasiya qabiliyyətinin olmaması: 50 %.

Həzm sistemi orqanlarının xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi də müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

Ağız boşluğu, ağız suyu vəziləri və çənə; qida borusu, mədə və onikibarmaq bağırsaq; qeyri-infeksion enterit və kolit; bağırsağın digər xəstəlikləri; qaraciyər; öd kisəsi, öd yolları və mədəaltı vəz xəstəlikləri zamanı insan orqanizminin aşağıda qeyd olunan funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

– Nitq (artikulyasiya) çatışmazlıqları ilə səciyyələnən, maye halda və ya əzilmiş qida qəbulu zərurətini yaradan çənə kontrakturası – 40%

– Çeynəmə və artikulyasiya funksiyasının əhəmiyyətli dərəcədə pozulması halında alt çənənin bir hissəsinin itirilməsi – 40%

– Üst çənənin bir hissəsinin itirilməsi, üz quruluşunu eybəcərləşdirən çatışmazlıqlar, burunun strukturunun və üst çənə boşluqlarının əhəmiyyətli dərəcədə (zədələnməsi və ya deformasiyası) pozulması ilə – 40%

– Damağın əhəmiyyətli çatışmazlığı, çatışmazlıq protezi ilə – 35%

– Qida qəbulu və nitq çatışmazlığına səbəb olan və protezlə bərpası mümkün olmayan damağın itirilməsi (və ya anadangəlmə olmaması) halı – 40%

– Həzm funksiyasının mülayim pozulması ilə – qida qəbulunun pozulması (qida həcminin məhdudlaşması, qida qəbulu vaxtının uzanması), II dərəcə qidalanma çatışmazlığı zamanı (BKİ 16,0-17,5) – 40-60%

– Həzm funksiyasının təzahür edən pozulması ilə – qida qəbulunun pozulması, III dərəcə (BKİ 16,0-dan az) qidalanma çatışmazlığı zamanı (zülal-enerji çatışmazlığı) – 61-80%

– Həzm funksiyasının qabarıq pozulması – ağır təzahür, tez-tez gündəlik ishal (gündə 7-10 dəfə, o cümlədən gecə), qabarıq dərəcəli anemiya, III dərəcə (BKİ 16,0-dan az qidalanma çatışmazlığı ilə (zülal-enerji çatışmazlığı) – 61-80%

– Həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməməzliyi tutmalarının baş verməsi -61-80%

– Dekompensasiya olunan qaraciyər sirrozu – assit, qabarıq portal hipertenziya və qaraciyər ensefalopatiyası – 81-100%

– Qaraciyər köçürülməsindən 2 il sonrakı vəziyyət, immunitetin zəiflədilməsi zərurəti ilə- 70-80 %.

Ürək-qan dövranı sisteminin xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

Aşağıdakı qan dövranı sisteminin xəstəlikləri zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

– Arterial hipertenziyanın I, II və III dərəcələri, xəstəliyin II və III mərhələləri, əlaqəli klinik vəziyyətlərdən irəli gələn orqanizmin funksiyası(lar)nın əhəmiyyətli təzahür edən pozulması, tez-tez (ildə 6 dəfədən çox) olan ağır krizlər olduğu zaman – 81 -100%

– Ürəyin işemik xəstəliyi zamanı stenokardiya lV FS – ağır, ürək qan dövranının əhəmiyyətli pozulması (III mərhələ XÜÇ ilə müşayiət olunanda) – 81-100%

– Ürəyin işemik xəstəliyi zamanı funksiyaların əhəmiyyətli təzahür edən pozulması – stenokardiya IV FS; ürək ritminin əhəmiyyətli təzahür edən daimi və (və ya) paroksizmal pozulması; ürəkdaxili trombozla postinfarkt anevrizma; IV- FS-ə aid və dözülə bilən fiziki yükləmə zamanı miokardın simptomsuz (ağrısız) işemiyası və EKQ monitorinqinin nəticələrinə görə miokardın ağrısız işemiyası epizodlarının toplam gündəlik müddəti 60 dəqiqə və daha çox olduqda; XÜÇ III mərhələ – 81 -100 %

– Ürək-damar sisteminin funksiyalarının təzahür edən pozulması- orta dərəcəli kardiomeqaliya, ürək ritminin təzahür edən davamlı və/və ya paroksizmal pozulması, trombemboliya ağırlaşmalarının olması, ürəyin qlobal funksiyasının, koronar qan dövranı və beyin hemodinamikasının təzahür edən pozulması, ürək çatışmazlığı III FS – 61-80%

– Ürək-damar sisteminin funksiyalarının əhəmiyyətli dərəcədə təzahür edən pozulması – orta dərəcəli kardiomeqaliya, ürək ritminin təzahür edən davamlı və (və ya) paroksizmal pozulması, trombemboliya ağırlaşmalarının olması, ürəyin qlobal funksiyasının, koronar qan dövranı və beyin hemodinamikasının əhəmiyyətli dərəcədə təzahür edən pozulması, ürək çatışmazlığı III FS – 90 – 100 %

– XÜÇ III mərhələ, IV FS – qan dövranı funksiyasının pozulması əhəmiyyətlidir – 81-100 %

– Ürək-damar sisteminin funksiyalarının əhəmiyyətli təzahür edən pozulmasına (IV dərəcə) gətirən (XÜÇ III mərhələ, IV FS) – 81-100%

– Ürəyin köçürülməsindən sonrakı vəziyyət 2 illik müşahidədən sonra immunitetin zəiflədilməsinə və (və ya) orqanizmin sistemlərinin sistematik müalicə edilməsinə olan ehtiyacla – 80 %

– Ürək-damar sisteminin funksiyalarının əhəmiyyətli təzahür edən pozulmasına (IV dərəcə) gətirən (XÜÇ III mərhələ, IV FS) – 81 -100 %

– Ürək-damar sisteminin funksiyalarının əhəmiyyətli pozulması –ürək ritminin əhəmiyyətli paroksizmal pozuntusu: taxikardiya paroksizmləri (aritmiyalar) ildə 9 dəfədən çox, vaxtaşırı hər ay və ya hər gün; 12 saatdan 24 saata qədər və daha çox; az əhəmiyyətli fiziki və ya nevro-psixoloji gərginliklə qıcıqlanan, hətta qıcıqlandırıcı amillər olmadan da baş verə bilər; ürəyin qlobal funksiyasının, koronar qan dövranının və beyin hemodinamikasının əhəmiyyətli təzahür edən pozulması; peroral və parenteral antiaritmik dərman vasitələrinin sistematik qəbulu (sxemlə), elektroimpuls terapiyası, əlavə simptomatik terapiyanın tətbiqi ilə ritm bərpa olunur; tutmalar zamanı xəstə (hemodinamikanın klinik-funksional göstəricilərin bərpa olunmasına qədər) yataq rejiminə məcbur qalır; ev şəraitində, kardioloji profilli stasionarda və ürək ritmi pozuntusunun kompleks müalicəsi üzrə ixtisaslaşmış (intensiv terapiya) şöbədə təcili tibbi yardımın alınması üçün tibb işçilərinə sistematik müraciətlər; – 81 100 %

– Ürək-damar sisteminin əhəmiyyətli təzahür edən pozuntuları –ürək ritminin əhəmiyyətli təzahür edən daimi pozuntuları: təzahür edən kateqoriyaya aid iki və daha çox forma pozuntusu olmaqla ürək ritminin mürəkkəb kombinə edilmiş pozuntuları; mədəciklərin fibrilyasiyası və titrəməsi; ürəyin qlobal funksiyasının, koronar qan dövranının və beyin hemodinamikasının əhəmiyyətli təzahür edən pozulması, o cümlədən bayılma halları – 81 – 100 %

– İşemiya dərəcəsi III-IV, yürümə zamanı, 50 m-dən az məsafədə ağrılar, sakit vəziyyət ağrıları ilə birlikdə, o cümlədən trofik pozuntular, iki tərəfli – 90-100 %

– Cərrahi müalicəyə əks göstərişlər oluğu halda aortanın laylandırıcı anevrizması, abdominal aortanın iri anevrizmaları və çanaq arteriyaların anevrizmaları zamanı xəstənin uzunmüddətli sabit vəziyyətdə olması hallarında – 70 -80 %

– Mitral, aortal, üçtaylı qapaqların və ağciyər arteriyası qapaqlarının revmatik xəstəlikləri – izolaedilmiş, müştərək, eyni dərəcəli və ya üstünlük təşkil edən stenozla və qapaq çatışmazlığı ilə, iltihabi aktivlik əlamətləri olmadan miokardit, endokardit və perikardit, qan dövranı funksiyasının əhəmiyyətli dərəcədə təzahür edən pozulması ilə: ürək ritminin və ürək atım göstəricilərinin əhəmiyyətli dərəcədə təzahür edən pozulması, təzahür edən arterial hipertenziya – III dərəcə, təzahür edən ağciyər hipertenziyası – III dərəcə, stenokardiya III və ya İV FS, XÜÇ III mərhələsi, FS IV olduğu halda – 81 – 100 %.

Xroniki böyrək çatışmazlığı, böyrəkdaşı xəstəliyi, dializin tətbiqi ilə yardım zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

Aşağıdakı xəstəliklər zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

– Xroniki böyrək xəstəliyi IV mərhələ, XBÇ III mərhələ (qanda kreatinin səviyyəsi 352-528 mkmol/l aralığında): 81-90%

– Xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ IV mərhələ (qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox): 91-100%

– Xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ IV mərhələ (qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox, proqramlı hemodializ: 90-100%

– Normal funksiya və yaxud böyrək funksiyasının cüzi pozulması ilə müşahidə edilən tək böyrək olduqda. XBÇ-nin təzahürü olmadan və ya xroniki böyrək xəstəliyinin I-II mərhələsi ilə (XBÇ I mərhələ): 31-60%

– Tək böyrəyin zədələnməsi xroniki böyrək xəstəliyi III mərhələ (XBÇ II mərhələ): 80 %

– Tək böyrəyin zədələnməsi xroniki böyrək xəstəliyi IV mərhələ (XBÇ III mərhələ): 90 %

– Tək böyrəyin zədələnməsi xroniki böyrək xəstəliyi V mərhələ (XBÇ IV mərhələ): 100 %

– Böyrək transplantasiyasının 2 illik müşahidədən sonra immunitetin zəiflədilməsi zərurətinin olması halı: 70-80%.

Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

Aşağıdakı tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

– Ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, II-III dərəcəli xroniki tənəffüs çatışmazlığı, xroniki ağciyər – ürək çatışmazlığı IIB və III dərəcəli – 81-100 %

– ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) III dərəcəli xroniki tənəffüs çatışmazlığı və IIB, III mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə – 81-100 %

– İmmunitet zəiflədikdə və (və ya) digər müalicə və bərpa tədbirlərinin aparılmasına ehtiyac olduğu halda köçürülmüş ağciyərin 2 illik müşahidədən sonrakı vəziyyəti – 70-80 %

– İmmunitetin zəifləməsi fonunda əmələ gəlmiş II və III dərəcəli xroniki tənəffüs çatışmazlığı və/və ya digər sistemlərin (məsələn, ürək-damar) ağır zədələnməsi ilə müşayiət olunan köçürülmüş ağciyərin 2 illik müşahidədən sonrakı vəziyyəti – 90-100 %

– Tənəffüs orqanlarının funksiyasının ağır (III) dərəcə pozuntusu – ağciyər sarkoidozu və ( və ya ) limfa düyünləri sarkoidozu ilə III dərəcə ağciyər sarkoidozu, fəal mərhələ, fəsadlaşmalar və/və ya digər orqanların kombinə edilmiş zədələnmələri ilə, III dərəcə tənəffüs çatışmazlığı ilə – 81-100 %

– Tənəffüs orqanlarının aktiv vərəmi (infiltrasiya, dağılma, səpələnmə mərhələsi, VMB+ və ya VMB-, ağır dərəcəli intoksikasiya simptomlarının mühüm təzahürü, kaxeksiya, anemiya, amiloidoz, ağciyər ürəyi, AÜÇ II-III dərəcə) – 90-100 %

– III dərəcə xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (fibroz, fibrozlu-ocaqlı, bulloz-distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə

nəticələri) – 80-90 %

– Zədələnmiş orqan və sistemlərin funksiyalarının davamlı ağır dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı qalıq əlamətləri – 90 -100 %

– Müxtəlif orqan və sistemlərin vərəminin müalicədən sonrakı gecikmiş əlamətləri. Zədələnmiş orqan və sistemlərin funksiyasının davamlı əhəmiyyətli dərəcədə təzahür edən pozuntusu – 81-100 %.

Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.

Əvvəlki məqaləTəhsil krediti götürən hansı tələbəyə güzəşt ediləcək?
Növbəti məqaləƏmək pensiyası ilə bağlı bu qayda dəyişir