Baş nazir karantinlə bağlı qərar imzaladı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək uzadılıb.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb

Müəyyən edilib ki, 2021-ci il 1 noyabr saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə veriləcək.

Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı.

Əvvəlki məqaləAlıcı ilə satıcının hansı hüquqları var?
Növbəti məqaləHəftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət qüvvədə saxlanıldı