Gələn ildən əmək pensiyasının minimum məbləği neçə manat olacaq?

Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.

APA-nın məlumatıma görə, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq. Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Əvvəlki məqaləÖlümün qeydə alınması qaydası dəyişir
Növbəti məqaləUşaq bağçalarına işə qəbul test imtahanı ilə olacaq