Nazirlik: Müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var

“Müəllimlərin 90 faizdən çoxu diaqnostik qiymətləndirməyə cəlb olunub. Hazırda diaqnostik qiymətləndirməyə hər hansı səbəbdən bu prosesdə iştirak edə bilməyənlər qatılır”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmənin nəticələri göstərir ki, müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var: “Müəllimlər 3-5 ildən bir diaqnostik qiymətləndirmədən keçməlidir. Diaqnostik qiymətləndirmə böyük ehtimalla müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq”.

E. Əmrullayev qeyd edib ki, müəllimlərin sertifikasiyası ilə bağlı qaydalar hazırlanacaq: “Bunun üçün isə ilk olaraq bu məsələ qanunvericiliyə daxil edilməlidir”.