İsmayıllının icra başçısı vəzifəsindən azad edilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqov vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Əvvəlki məqaləKonstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədi
Növbəti məqaləNeftçalaya yeni icra başçısı təyin edildi