Nazirlər Kabineti: Kreditlərə güzəştlərin edilməsi müzakirə olunur

“İstehlak kreditlərinə güzəştlərin edilməsi məsələsi hazırda müzakirə olunur”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, istehlak kreditləri götürənlər adətən işləyən şəxslər olur: “Bu insanlara da dövlət dəstək göstərir. Bu proses bundan sonra da davam edəcək. Bütövlükdə güzəştlərin edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.

Əvvəlki məqaləAzərbaycanda karantin rejimi uzadılacaq?
Növbəti məqaləHərbi qulluqçuların diqqətinə!