DYP karantin rejimini pozanların sayını açıqladı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 18-i saat 00:00-dan aprelin 19-u saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən APA-ya bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2055 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 29 min 642 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Əvvəlki məqaləKoronavirusla bağlı bölgələrdə mərkəzlər yaradılıb
Növbəti məqaləRusiyadan ölkəyə qayıtmaq istəyən azərbaycanlıların diqqətinə!